Bakı. Trend:
ABŞ yüzlərlə dəniz piyadasını Los-Anceles yaxınlığındaiğtişaşlara nəzarət və izdihamla mübarizə üzrə təlimə cəlb edib vəonlar yaxın günlərdə şəhərə göndəriləcək.
Trend xəbər verirki, bu barədə “Reuters” agentliyi hərbi mənbələrə istinadla məlumatyayıb.
Prezident Donald Trampın immiqrasiya reydlərinə qarşıKaliforniyada başlanan və digər ştatlara yayılan etirazlar fonunda,federal hökumət Los-Ancelesə Milli Qvardiya və dəniz piyadalarınıngöndərilməsi qərarı alıb. Bu addım ABŞ daxilində hərbi qüvvələrinistifadəsi ilə bağlı geniş ictimai müzakirələrə səbəb olub.
Ordu generalı-mayor Skott Şerman jurnalistlərə bildirib ki,dəniz piyadaları "tezliklə" Los-Ancelesdə olacaq, lakin bu,çərşənbə günü baş verməyəcək. Onun sözlərinə görə, Milli Qvardiyavə Dəniz Piyadaları Korpusunun şəhərə yerləşdirilməsinə xüsusi işçiqrup nəzarət edəcək.
Bundan əlavə, Texas ştatının qubernatoru, respublikaçı QreqEbbott çərşənbə günü San Antonio və digər şəhərlərdə planlaşdırılanetirazlar ərəfəsində Milli Qvardiyanın yerləşdiriləcəyini elan edibvə bunu edən ilk qubernator olacağını vurğulayıb.