BAKI, 12 iyun. TELEQRAF
Braziliyanın sabiq prezidenti Jair Bolsonaru dövlət başçısı vəzifəsində xələfi Luis İnasiu Lula da Silvaya qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinir və oktyabr ayına qədər həbs edilib mühakimə oluna bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Folha de S. Paulo” nəşri məlumat yayıb.
Qəzet yazır ki, iyunun 10-da siyasətçinin cavabdeh kimi çıxış etdiyi məhkəmə prosesi başa çatıb. Onun vəkillərinin yeni məhkəmə araşdırması tələb etmək üçün beş gün vaxtı var. Məhkəmənin onların vəsatətini rədd edəcəyi gözlənilir. Bundan sonra, hakim 15 gün ərzində dövlət başçısına qarşı irəli sürülməli olan ittihamların siyahısını baş prokurorluğa təqdim edəcək. Yekun hökm ən geci oktyabr ayında qüvvəyə minməlidir.
Xatırladaq ki, fevral ayında Braziliya baş prokurorluğu keçmiş prezidenti dövlət çevrilişinə cəhddə ittiham edib. İstintaqın versiyasına görə, Bolsonaru həmçinin hazırkı prezident Lula da Silvaya qarşı hücumun təşkilini planlaşdırıb. Dövlət çevrilişinin hazırlanmasında 34 nəfər ittiham olunur.