AZ

ABŞ Maliyyə Naziri Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı sualı cavablandırıb

ABŞ-nin hazırkı administrasiyası əvvəllər Rusiyaya qarşı tətbiq edilən heç bir sanksiyaları ləğv etməyib...

Poliqon TASS agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin Senatın Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı ABŞ-nin maliyyə naziri Skot Bessent deyib.

Nazir ABŞ prezidenti Donald Trampın administrasiyasının Rusiyaya qarşı hər hansı sanksiyaları ləğv edib-etməməsi ilə bağlı suala cavabında “Bildiyim qədər, yox”, deyib.

İyunun 7-də ABŞ Konqresinin hələ Trampın təsdiqi olmadan Rusiyaya qarşı yeni sanksiyalar haqqında senator Lindsi Qrem qanun layihəsini qəbul etməyə hazır olmadığı bildirilib.

Bundan əvvəl məlum olub ki, Tramp administrasiyası respublikaçı senator Lindsi Qremi Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsini əhəmiyyətli dərəcədə zəiflətməyə inandırmağa çalışır.

Poliqon.info 

Seçilən
61
poliqon.info

1Mənbələr