Bakı. Trend:
Cibuti sahillərində miqrantları daşıyan qayığa quldurlarınhücumu nəticəsində azı 8 nəfər həyatını itirib, daha 22 nəfər isəitkin düşüb.
Trend xəbər verirki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) iyunun 11-dəyaydığı bəyanatda məlumat verib.
Bildirilib ki, təxminən 150 nəfəri daşıyan qayıq iyunun 5-dəaçıq dənizdə quldurlar tərəfindən saxlanılıb. Daha sonra silahlışəxslər sərnişinləri zorla dənizə atmağa məcbur ediblər. Üzəbilməyən və sahilə çata bilməyən insanlar boğularaq həlak olub.Hazırda axtarış-xilasetmə işləri davam etdirilir, indiyədək 5nəfərin cəsədi tapılıb.
Hadisənin motivi barədə hələlik rəsmi məlumat verilməyib.