AZ

İsrailli deputatlar ölkə parlamentinin buraxılmasının əleyhinə səs veriblər

İsrailli deputatlar parlamentin buraxılması ilə bağlı qanun layihəsini dəstəkləməyib və sənəd rədd edilib.

Operativ Media xəbər verir ki, bu barədə N12 telekanalı məlumat yayıb.

Məlumata görə, qanun layihəsini 53 deputat dəstəkləyib, 61 deputat isə əleyhinə səs verib.

Parlament müxalifətinin lideri, “Yeş Atid” partiyasının rəhbəri Yair Lapid plenar müzakirə zamanı bəyan edib ki, ölkə hökuməti koalisiyanın mövcudluğunu iki-üç həftə uzatmaq naminə İsrail Müdafiə Qüvvələrinin (IDF) döyüşçülərinin maraqlarına xəyanət edib. “İsrail hökuməti növbəti dəfə IDF döyüşçülərinin üzünə tüpürdü”, – deyə siyasətçi özünün X səhifəsində yazıb.

Hazırda hakim koalisiya 120 yerlik Knessetdə 68 yerə sahib olmaqla parlamentdə çoxluğa nəzarət edir. Bu koalisiyaya baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağçı “Likud” partiyası və bir sıra ifrat sağçı, eləcə də ultra-dini siyasi qüvvələr daxildir.

Seçilən
41
operativmedia.az

1Mənbələr