AZ

Ukraynalı deputat Putinə Zelenski ilə bağlı müraciət etdi

BAKI, 12 iyun. TELEQRAF

Ukrayna Ali Radasının deputatı Artem Dmitruk Rusiya Prezidenti Vladimir Putini Ukrayna lideri Volodimir Zelenskini terrorçu kimi tanımağa çağırıb.

Teleqraf xəbər verir ki, deputat müvafiq müraciətlə özünün YouTube kanalında çıxış edib.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə və digər dövlətlərin rəhbərlərinə müraciət edirəm ki, Zelenskini, onun qruplaşmasının üzvlərini, onun yaxın çevrəsini terrorçu təşkilat kimi tanısınlar və müvafiq olaraq, terror təşkilatı və bu terrorçu ilə mübarizə üçün bütün mövcud üsullardan istifadə etsinlər”, - Dmitruk bildirib.

O qeyd edib ki, Ukrayna lideri öz ölkəsinin vətəndaşlarına qarşı terror həyata keçirir. Deputatın fikrincə, əgər indi Zelenskinin qarşısı alınmasa, onun terror fəaliyyəti bütün dünyada inkişaf edəcək.

Seçilən
8
teleqraf.com

1Mənbələr