Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Avstraliya ilə qeyri-nüvəsualtı qayıqlarının inşasını nəzərdə tutan AUKUS sazişinə yenidənbaxmaq niyyətindədir.
Trend xəbər verirki, bu barədə Financial Times qəzetinin yaydığı məlumatdabildirilir.
Nəşrin yazdığına görə, Pentaqon 2021-ci ildə Böyük Britaniya vəAvstraliya ilə bağlanmış bu təhlükəsizlik sazişinə yenidən baxmağabaşlayıb. Qərar Çinlə artan gərginlik fonunda qəbul edilib vəsazişin effektivliyi sual altına alınıb.
AUKUS razılaşması 2021-ci ilin sentyabrında Hind-Sakit okeanregionunda təhlükəsizlik əməkdaşlığını gücləndirmək məqsədiləAvstraliya, Böyük Britaniya və ABŞ arasında imzalanıb. Sazişçərçivəsində Avstraliyanın qeyri-nüvə texnologiyası ilə təchizolunmuş sualtı qayıqlarla təmin olunması nəzərdə tutulurdu.
Qəzet yazır ki, sazişin yenidən nəzərdən keçirilməsi təşəbbüsüPentaqonun yüksək vəzifəli rəsmisi Elbric Kolbiyə məxsusdur. Buqərar isə London və Kanberrada ciddi narahatlığa səbəb olub.
Bununla yanaşı, AUKUS sazişi ABŞ-də bir çox qanunverici vəekspert tərəfindən dəstəklənsə də, bəzi tənqidçilər hesab edir ki,bu təşəbbüs ABŞ Hərbi Dəniz Qüvvələrinin imkanlarını zəiflədəbilər. Çünki Çin təhlükəsi fonunda ABŞ donanması özünün sualtıqayıq istehsalını gücləndirməkdə çətinlik çəkir.
Hazırkı mərhələdə Avstraliya AUKUS çərçivəsində nəzərdə tutulansualtı qayıqlardan heç birini hələ əldə etməyib. Layihənin 2030-cuillərin əvvəllərində reallaşması planlaşdırılır.