
Ukrayna prezidenti Vladimir Zelenski Braziliya administrasiyasından iyunun 15-17-də Kanadanın Alberta əyalətində keçiriləcək “G7” sammiti zamanı dövlət başçısı Luiz İnasio Lula da Silva ilə görüşmək imkanı istəyib.
Reyting.az xəbər verir ki, bu barədə yerli “GloboNews” telekanalı məlumat yayıb.
Mənbə Braziliya liderinin Zelenski ilə danışıqlara razı olub-olmadığını dəqiqləşdirməsə də, Kiyevdən görüş xahişinin gəldiyini təsdiqləyiblər.
ELÇİN