AZ

Ağ Ev Musk və Tramp arasında gərginliyi azaltmağa çalışır — KİV

ABŞ vitse-prezidenti Cey Di Vens və Ağ Evin administrasiya rəhbəri Syuzi Vails milyarder İlon Musk-a Trampla açıq mübahisəni dayandırmağı tövsiyə edib. Bu barədə WSJ və NYT mənbələrə istinadən xəbər verir.

Məlumata görə, söhbət  iyunun 6-da baş tutub,  iyunun 9-da isə  Musk özü Trampa zəng edərək söylədiklərinə görə təəssüfləndiyini bildirib.

Daha sonra o, X sosial şəbəkəsində Trampa dair bəzi paylaşımlarında “həddini aşdığını” yazıb.

Musk və Tramp arasında açıq qarşıdurma iyunun 5-də başlayıb.

Musk, Trampın 2024-cü ildə onun dəstəyi olmadan seçilməyəcəyini deyib, impiçment ideyasını dəstəkləyib və hökumətin iqtisadi siyasətini sərt tənqid edib.

Tramp isə Musk-ı qeyri-peşəkarlıqda ittiham edərək, onun şirkətlərini, o cümlədən SpaceX  ilə dövlət müqavilələrini ləğv etməklə hədələyib.

Daha sonra Tramp  bildirib ki, Musk-a qarşı kin saxlamır və barışığın mümkün olduğunu istisna etmir, lakin bu onun üçün prioritet deyil.

N.Təbrizli

Seçilən
39
1
anews.az

2Mənbələr