AZ

"Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir keçirildi - FOTOLAR

İyunun 11-də Azərbaycan Respublikası -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi və "Şəhid Analarına Dəstək" İctimai Birliyin təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş "Aprel döyüşləri şəhidlərinin qəhrəmanlığının tərənnümü" adlı tədbir keçirildi.

QHT.az xəbər verir ki, tədbirdə şəhər ictimaiyyəti, şəhid ailələri, qazilər iştirak etdi.Tədbir zamanı aprel döyüşləri  şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Zəfər yolu" adlı videoçarx nümayiş olundu. "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, YAP-nın Sumqayıt şəhər Təşkilatının sədri Ramiz Hüseynov,  Sumqayıt şəhər Müharibə veteranları və iştirakçıları şurasının sədri, şəhid Pərviz Şükürovun atası Sovet Şükürov, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli, şəhid Sərxan Əliyevin anası Esmira Əliyeva, videoçarxın ssenari müəllifi Hafiz Ataxanlı çıxış edərək Azərbaycan Ordusunun hərb tarixinin şanlı səhifəsi olan Aprel zəfərinin 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı  olduğunu bildirdilər. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən ümdə vəzifəsidir. Bu gün hər birimiz iftixar və qürur hissi ilə deyə bilirik: Qarabağ Azərbaycandır!

Tədbirdə  vətənpərvərlik mahnıları ifa olundu.«Şəhid Analarına Dəstək» İctimai Birliyinin sədiri Ceyran Həsənova layihənin icrasına maddi dəstək olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirin keçirilməsində yaxından köməklik göstərən Abşeron-Xızı Regional Mədəniyyəti İdarəsinə təşəkkürünü bildirdi.

Seçilən
5
5
qht.az

6Mənbələr