Ermənistan baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan İrəvan Nəbatat Bağına baş çəkib, “Həyat Parkı”nın tikinti prosesi ilə tanış olub.
Moderator.az xəbər verir ki, bu haqda “Armenian Tayms” nəşri məlumat yayıb.

Ermənistan hökumətinin yaydığı bəyanata görə, aparat rəhbərini müvafiq qurumların nümayəndələri və tikinti rəsmiləri müşayiət edib.
Ekskursiya zamanı hökumət rəsmisinə tamamlanmış və davam edən işlər təqdim olunub. Planlaşdırılan infrastrukturun tikintisi istiqamətində görülən işlər barədə hesabat verilib. Tikinti işləri ilə bağlı qarşıda duran vəzifələrə və digər cari məsələlərə istinad edilib.
Arayik Arutyunyan məsul şəxslərə tikinti işlərinin keyfiyyətinə və istismara verilməsi müddətlərinə riayət etməyi və görülən işlər barədə mütəmadi məlumat verməyi tapşırıb.