İsrail əsgərlərinin Qəzza zolağında humanitar yardım paylama məntəqəsində öz növbəsini gözləyən fələstinli dinc əhaliyə atəş açması nəticəsində azı 10 nəfər həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, insident Fələstin anklavının mərkəzi hissəsində yerləşən Netzarim keçid məntəqəsində baş verib. Hadisə nəticəsində daha 200 nəfər yaralanıb.
Telekanal, həmçinin Qəzzanın cənub bölgələrinə, xüsusilə də Xan Yunis şəhərinə kütləvi hava və artilleriya zərbələri endirilməsi barədə məlumat yayıb. Lakin qurbanların sayı ilə bağlı hələlik dəqiq informasiya verilməyib.