Bakı. Trend:
Son günlər Donald Tramp və İlon Mask arasındakı mübahisələrinvestorların risk görgüsünü gücləndirib və bu, xüsusilətexnologiya sektorunda və qlobal indekslərdə gözə görünəndalğalanmalara səbəb olub. Belə ki, Tramp–Mask münaqişəsinəticəsində Tesla payları bir gün ərzində təxminən 14% ucuzlaşaraq150 milyard dollarlıq bazar dəyəri itirdi. ABŞ-Çin ticarətdanışıqları ilə bağlı nikbinlik fonunda Avropa və Asiyabazarlarında yüngül dirçəlmə müşahidə olunsa da, Tramp və Maskarasında gərginlik əhval-ruhiyyəni həssas saxlayır. Eyni zamanda,belə gərginlik şəraitində investorlar riski azaltmaq üçün ənənəvi“sığınacaq” aktivlərinə, yəni qiymətli metallara yönəlirlər.
Mütəxəssislər hesab edirlər ki, Tramp–Mask gərginliyi qısamüddətli dalğalanmaları şiddətləndirsə də, risk həssaslığı yüksəkqalır və buna paralel olaraq qiymətli metallara olan təlabatartır.
İqtisadçı-ekspert Eldəniz Əmirov Trend-ə açıqlamasında hazırda Donald Tramp vəİlon Mask arasında yaşanan gərginliyin planlaşdırılmış bir ssenariüzrə davam etdiyini bildirib.
Onun sözlərinə görə, bu məsələdə ABŞ-nin məqsədləri mərkəzdədayanır: “Yəni təkcə Trampın və ya Maskın deyil, eyni zamanda ABŞhökümətinin məqsədləri əsas mövqedə durur. Biz bir müddət sonrabirjalarda baş verənlərə, kapital axınlarına, səhmlərin qiymətinindəyişməsinə nəzər salsaq və təhlil etsək, görərik ki, ABŞ buməsələdən birmənalı olaraq qazanmış tərəf olaraq çıxacaq”.
“Bu səbəbdən Tramp və Maskarasında olan gərginliyin uzun müddət davam edəcəyini düşünmürəm.Hesab edirəm ki, bir müddət sonra bu məsələ öz həllini tapacaq.Hətta ola bilər ki, İlon Mask ümumiyyətlə ABŞ-dəki vəzifəsindənistefa versin. Çünki onun məmur kimi fəaliyyətindənsə, yaxşıbiznesmen kimi çalışması ABŞ üçün daha effektiv ola bilər. Trampyaxın müddətdə bunun da fərqinə varacaq”, - deyə E. Əmirov qeydedib.
“Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitəninsədri, Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətininsədrinin müavini Rövşən Əmircanov isə Trend-ə açıqlamasındadeyib ki, ABŞ-dəki zəif əmək göstəriciləri və ticarət siyasətindəkiqeyri müəyyənlik qızılın qiymətini yüksək səviyyədə saxlayır. Obildirib ki, bununla yanaşı, dolların zəifləməsi və FED-in faizendirimi ilə bağlı gözləntilər bu qiymətli metalın mövqeyinidəstəkləyir.
Mütəxəssis vurğulayıb ki, bu dövrdə qızıl qiymətlərindəkidəyişkənlik, əsasən, ABŞ-nin ticarət siyasəti və beynəlxalqgeosiyasi gərginliklər ilə birbaşa əlaqədardır: “Aprel və mayınəvvəlində qızıl qiymətlərində azalma baş verib. Çünki ABŞ-Çinmünasibətlərində müsbət siqnallar və tarif endirimiqeyri-müəyyənliyi azaltmışdı. Bu isə investorların qızıl kimitəhlükəsiz aktivlərə marağını zəiflətmişdi.
2025-ci ilin aprel ayında qızılın bir unsiya üzrə qiyməti tariximaksimum olan 3500 ABŞ dollarına çatıb. Daha sonrakı dövr ərzindəqiymətlərdə qısamüddətli eniş müşahidə olunsa da, sonradan artımbərpa olunub və hal-hazırda qızılın bir unsiyası təxminən 3350dollar səviyyəsində ticarət olunur. Spot bazarda bu il ərzindəartıq 25 faizdən çox dəyər artımı müşahidə edilib”.
R. Əmircanov xatırladıb ki, mayın ikinci yarısında isə Trampadministrasiyasının Avropa ölkələrinə və texnologiya sektorunaqarşı sərt iqtisadi bəyanatları yeni risklər yaradıb: “Trampın AğEv rəhbəri olaraq vergi endirimi islahatı ilə bağlı səsləndirdiyifikirlər isə daxildə müəyyən fikir ayrılıqları doğurub. Bu fondaqızıl etibarlı investisiya aləti funksiyasını yenidən bərpa edib vəqiymət artımı baş verib. May ayında qiymət artımı xüsusilə ABŞ-nininflyasiya göstəricilərinin açıqlanması ərəfəsində investordavranışları ilə bağlı olub. Aşağı borcalma faizləri stabil, lakinaz gəlirli maliyyə alətlərindən vəsait axınını qızıla yönəldib.Bura geosiyasi risklər, inflyasiya təzyiqləri və qlobal iqtisadiqeyri-müəyyənlik də əlavə olunduqda, qiymət artımı qaçılmazgörünür.
İyun ayının əvvəlində isə geosiyasi risklərin artması vəiqtisadi qeyri-müəyyənlik qızılın mövqeyini gücləndirib, nəticədəqiymətlər yüksəlməkdə davam edib.
Qızıl qiymətləri qısa müddətli geosiyasi və iqtisadi siqnallarahəssasdır. Bu daha çox ABŞ-nin proteksionist siyasətindən asılıolaraq qiymət dəyişkənliyi yaranır. Bu dövr ərzində müşahidə olunandinamika, qızılın rolunu bir daha təsdiqləyir”.
Mütəxəssisin sözlərinə görə,qızılın qiymət səviyyəsinin yüksək olaraq qalmasına həm iqtisadi,həm də geosiyasi amillər ciddi təsir göstərir: “ABŞ-də əməkbazarındakı zəiflik və ticarət siyasətindəki qeyri-müəyyənliklərqızılı risklərə qarşı etibarlı investisiya kimi ön plana çıxarır.Eyni zamanda, ABŞ-nin Federal Ehtiyat Sisteminin (FED) mümkün faizendirimləri fonunda investorların qızıla marağı artır.
Qiymət artımında mərkəzi bankların rolu xüsusiləvurğulanmalıdır. Hal-hazırda dünya üzrə mərkəzi banklar hər aytəxminən 80 ton qızıl alır ki, bu da cari qiymətlərlə 8,5 milyarddollara yaxındır. Üstəlik, bu alışların əksəriyyəti şəffaf şəkildəaçıqlanmasa da, ticarət statistikaları xüsusilə Çinin İsveçrəüzərindən böyük həcmdə qızıl aldığına işarə edir”.
“Ümumdünya Qızıl Şurasının məlumatına əsasən, mərkəzi banklar vəsuveren investisiya fondları hər il təxminən 1000 ton qızıl alır.Bu, dünya üzrə illik hasilatın ən azı dörddə birini təşkil edir.2025-ci il üzrə sorğular isə bankların üçdə birindən çoxunun qızılalışlarını davam etdirməyi planlaşdırdığını, satış etməyidüşünmədiklərini göstərir”, - deyə R. Əmircanov bildirib.
O, qızılın qiymətinin yüksək səviyyədə qalmasına təsir edəndigər mühüm amilləri sadalayıb:
Geosiyasi risklər və münaqişələr – Ukrayna-Rusiya müharibəsi,Yaxın Şərqdəki qeyri-sabitlik, Çin-ABŞ münasibətlərində gərginlikqızılı daha etibarlı aktiv kimi önə çıxarır.
Dünya üzrə artan tələb – Qızılın qlobal tələbi rekord səviyyəyə– 4974,5 tona çatıb. Mərkəzi banklar 2024-cü ildə 1045 ton qızılalıblar və bu artım 2025-ci ildə də davam edir.
Regional alışlar – Azərbaycan, Polşa, Çexiya, Türkiyə, Çin vəHindistan kimi ölkələr qızıl ehtiyatlarını əhəmiyyətli dərəcədəartırıblar.
“Təhlillər göstərir ki, qızılın qiyməti yaxın gələcəkdə artmaqdadavam edə bilər. Proqnozlara əsasən, bir unsiya qızılın qiymətinin3500–3800 ABŞ dolları intervalında olması gözlənilir. Digərtərəfdən, gümüşə olan tələbatın artması da davam edəcək. Bu artımxüsusilə sənaye və maliyyə sektorlarında gümüşün geniş tətbiqi iləəlaqələndirilir. Hazırda gümüş qiymətləri bir unsiya üçün36,40–36,70 ABŞ dolları intervalında ticarət olunur. Qeydedilməlidir ki, gümüş son bir il ərzində 45 faizdən çox bahalaşıb”,- deyə R. Əmircanov fikirlərini yekunlaşdırıb.
Nəticə olaraq qeyd edə bilərik ki, Tramp–Mask gərginliyi qısamüddətli dalğalanmaları şiddətləndirsə də, risk həssaslığı yüksəkolaraq qalmaqdadır. Buna paralel olaraq da qiymətli metallara olantəlabat artır. Belə olan halda investorlar balanslı yanaşma vəportfel diversifikasiyası məsləhət görülən strategiya olaraqqalır.