G7 ölkələri sammitdən sonra Birləşmiş Ştatlar və qrupun digər ölkələrinin Ukrayna, iqlim dəyişikliyi və digər məsələlərlə bağlı fikir ayrılığına görə birgə kommünikedən imtina edəcək...
Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Onlar iddia edirlər ki, G7 dövlətləri öz liderlərinin müxtəlif mövzularda ayrıca birgə bəyanatlarını dərc edə bilərlər.
Nəşr belə bir yanaşmanın Kanada nümayəndələri üçün daha üstün olduğunu vurğulayır. Ölkənin baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampla münasibətlərdəki gərginliyi azaltmaq, eləcə də ticarət və təhlükəsizlik üzrə danışıqları irəli aparmaq istəyir.
Qeyd edək ki, G7 sammitinin iyunun 15-dən 17-dək Kanadada keçirilməsi planlaşdırılır.
Poliqon.info