BAKI, 12 iyun. TELEQRAF
İsrail hərbçilərinin Qəzza zolağında humanitar yardım paylanma məntəqəsinin yanında növbə gözləyən dinc fələstinlilərə atəş açması nəticəsində azı 10 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” televiziya kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, hadisə Fələstin anklavının mərkəzi hissəsində yerləşən "Netsarim" nəzarət-buraxılış məntəqəsində baş verib. Təxminən 200 nəfərin yaralandığı bildirilir.
Televiziya kanalı Qəzzanın cənub bölgələrinə, xüsusilə Xan Yunis şəhərinə kütləvi hava və artilleriya zərbələri endirildiyi barədə məlumat verib, lakin zərərçəkənlərin dəqiq sayı hələlik açıqlanmır.