AZ

Lukaşenko Putini Rusiya Günü münasibətilə təbrik edib

Belarus prezidenti Aleksandr Lukaşenko həmkarı Vladimir Putini Rusiya Günü münasibətilə təbrik edib...

Poliqon xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Lukaşenko təbrikində iki ölkə arasında müttəfiqliyin və strateji tərəfdaşlığın fövqəladə əhəmiyyətini vurğulayıb.

"Ölkəniz beynəlxalq arenada milli maraqların keşiyində möhkəm dayanır, ayrı-seçkiliyə yol verilməyən yeni dünya düzəninin qurulması və dövlət suverenliyinə hörmət hərəkatının lideri kimi çıxış edir. Ruslar, hər zaman olduğu kimi, bu gün də Vətəni daha da güclü, müstəqil və firavan etmək arzusunda birləşiblər",  Lukaşenko qeyd edib.

Poliqon.info 

Seçilən
36
poliqon.info

1Mənbələr