AZ

Goranboyda ZƏHƏRLƏNMƏ: "Niasitol"u su bilib içdi və...

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

    Belə ki, kənd sakini 1995-ci il təvəllüdlü Y.İbrahimov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    30 yaşlı kişiyə yardım edilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

    Məlumata görə, Y.İbrahimov mal-qaranın dezinfeksiyasında istifadə olunan "Niasitol" adlı kimyəvi maddədən zəhərlənib. Belə ki, azyaşlı "Niasitol"u pivə bakalına töküb, Y.İbrahimov isə bilmədən onu içib.

    Faktla bağlı araşdırma aparılır.

    Seçilən
    58
    1
    bakivaxti.az

    10Mənbələr