AZ

Yaralı sürücü xəstəxanada dünyasını dəyişdi

MİNGƏÇEVİR, 5 iyun. TELEQRAF

Bir həftə öncə Mingəçevirdə yol qəzasında ağır xəsarət alan sürücü xəstəxanada keçinib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, iyunun 5-də Mingəçevirdə avtovağzal yaxınlığında baş verən qəzada "BMV""Mitsubisi" markalı avtomobillə toqquşub. Nəticədə "BMV"ninsürücüsü, 1986-cı il təvəllüdlü İmran Zeynalov ağır yaralanmışdı. O, koma vəziyyətində xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin cəhdlərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Seçilən
25
2
teleqraf.com

3Mənbələr