AZ

Yakutiyada mədəndə çökmə olub, 1 nəfər ölüb, 1 nəfər yaralanıb

Yakutiyanın Oymyakonski rayonundakı mədəndə təmizləmə əməliyyatları zamanı qaya uçması baş verib və nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Yenilənmiş məlumata görə, hadisənin səbəblərinin müəyyən edilməsi üçün şaxtanın fəaliyyəti dayandırılıb. Yaralı dağıntılar altından çıxarılaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti qənaətbəxşdir. Digər şəxsin meyiti tapılaraq dağıntılar altından çıxarılıb”, - məlumatda deyilir.

Seçilən
41
50
apa.az

10Mənbələr