"Bayer" PSJ-nin müdafiəçisi Aksel Tapenı transfer edib.
Operativ Media xəbər verir ki, ötən həftə 17 yaşlı futbolçu PSJ-nin 19 yaşadək futbolçulardan ibarət komandasının tərkibində Fransa çempionu olub. Tape 2024/25 mövsümündə Paris klubunun əsas komandasında da üç oyun keçirib.
Futbolçu "Bayer"lə uzunmüddətli müqavilə imzalayıb və Leverkuzen klubuna pulsuz keçib.