AZ

Ruslar bu ölkədən Kiyevə hücum edəcək - Jorin

Rusiya qoşunları Belarusda keçirilməsi planlaşdırılan genişmiqyaslı “Qərb 2025” təlimləri ilə pərdələnərək Kiyevə qarşı yeni hücum əməliyyatına başlaya bilər.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin 3-cü əlahiddə hücum briqadasının komandirinin müavini, polkovnik-leytenant Maksim Jorin deyib.

O bildirib ki, Rusiya qoşunları Roven, Jitomir və Çerniqov vilayətləri üçün təhlükə yaradaraq Ukrayna qüvvələrini şimala çəkməyə cəhd edə bilər.

Jorinin sözlərinə görə, mümkün hücumla bağlı qərar hələ qəbul edilməyib - ruslar cəbhədəki vəziyyəti öyrənir, xüsusən də Ukrayna müdafiə qüvvələrini, hərbi əməliyyatların gedişini və potensial zəif nöqtələri qiymətləndirirlər.

Seçilən
15
1
axar.az

2Mənbələr