Belarus kartofunun çatışmazlığı süni şəkildə və daxili siyasi səbəblərdən yaranıb.
Ölkə.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Dövlət Nəzarəti Komitəsi bəzi rəqəmləri yoxlayanda onların siyasətlə məşğul olduğu üzə çıxdı”, - Belarus lideri vurğulayıb.
Onun sözlərinə görə, “kifayət qədər kartof var idi, amma onlar hardasa saxlanılıb” ki, “prezident qiymətlərə müdaxilə edib”.
“Və o (prezident –red.) qandallarla gəlib onları stolun üstünə qoyanda kartof peyda oldu”, - Lukaşenko əlavə edib.