AZ

ABŞ səfirliyi Bağdaddan çıxmağa hazırlaşır – İranın hədəsindən sonra qərar verildi

ABŞ

ABŞ-ın İraqdakı səfirliyi “təhlükəsizlik risklərinin artması” səbəbilə evakuasiyaya hazırlaşır. Bu barədə Reuters məlumat yayıb.Qeyd olunur ki, Vaşinqton Bağdaddakı ABŞ səfirliyinin bütün ikinci dərəcəli (yardımçı) heyətinin ölkədən çıxarılması barədə göstəriş verməyə hazırlaşır.Bu qərar İran müdafiə naziri Əziz Nasirzadənin nüvə danışıqlarının uğursuzluğa düçar olması və ya Vaşinqtonla qarşıdurmanın kəskinləşəcəyi təqdirdə regiondakı ABŞ bazalarına zərbə endiriləcəyi ilə bağlı verdiyi hədələr fonunda qəbul edilib.Bundan əlavə, The Washington Postun məlumatına görə, Bəhreyn və Küveytdəki diplomatik nümayəndəliklərdə çalışan ikinci dərəcəli personal və onların ailə üzvlərinə ölkələri tərk etmək və ya qalmaq seçimi veriləcək.Ulusum.az

Diqqət Çəkənlər

Müğənni Şimal xərçəngdən vəfat etdi – Ərindən ürək parçalayan sözlər

DİN: Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yayan sürücü saxlanıldı

Greta Tunberq İsveçə qayıtdı – aeroportda fələstin bayraqları altında qarşılandı

Seçilən
56
ulusum.az

1Mənbələr