Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bir həftə öncə Mingəçevirdə yol qəzasında ağır xəsarət alan sürücü xəstəxanada dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, hadisə avtovağzal yaxınlığında baş vermişdi. "BMW" markalı avtomobil "Mitsubishi" markalı maşına çırpıldıqdan sonra idarəetmədən çıxaraq yol kənarındakı yaşıllıq zolağına düşmüşdü.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Hadisə zamanı ağır bədən xəsarətləri alan "BMW"nin 1986-cı il təvəllüdlü sürücüsü İmran Zeynalov xəstəxanaya yerləşdirilmişdi.
Onun həyatını xilas etmək mümkün olmayıb. İmran Zeynalov xəstəxanada ölüb.
Ehtiram Muradov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.