AZ

"Çelsi" imtina etdi, Sanço "Mançester"ə qayıdır

"Çelsi"də icarə müddəti başa çatan Ceydon Sanço "Mançester Yunayted"ə qayıdır.

Apasport.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 

Sanço komandaya 31 avqust 2024-cü ildə qoşulmuşdu və ötən mövsüm klubun heyətində ümumilikdə 41 oyun keçirib.

"Çelsi"dəki çıxışı zamanı vinger 5 qol vurub, sonuncu qolu isə Konfrans Liqasının finalında "Betis"ə qarşı oyunda (4:1) qeydə alınıb. 

"Zadəganlar" ötən mövsüm icarə əsasında oynayan futbolçunun təxmini 25 milyon funt-sterlinq dəyərində olan məcburi satınalma şərtini qəbul etmədiyinə görə 5 milyon funt cərimə ödəyib.

Acun Ilıcalı “Fənər”dən ayrıldı

Almaniya millisinin üzvü addım-addım “Qalatasaray”a

Serb forvard “Fənərbaxça”ya “yox” dedi

"Siti"nin vingeri Almaniya yolunda

Muslera Türkiyədən göz yaşları içində ayrıldı - VİDEO

Seçilən
28
1
apasport.az

2Mənbələr