AZ

ABŞ İraqdan şəxsi heyətini çıxarmağa hazırlaşır

ABŞ Dövlət Departamentinin İraqın paytaxtı Bağdaddakı ABŞ səfirliyindən "bölgədə iğtişaşlar ehtimalı" səbəbindən qeyri-vacib əməkdaşlarını geri çəkməyə hazırlaşdığı bildirilir.

AP xəbərinə görə, ABŞ-da adı açıqlanmayan bəzi səlahiyyətlilər mövzu ilə bağlı açıqlama verib.

Rəsmilər bəyan ediblər ki, ABŞ Dövlət Departamenti “regionda iğtişaşlar ehtimalı” səbəbindən Bağdad səfirliyindən qeyri-vacib işçiləri çıxarmağa hazırlaşır.

Bu qərarın ABŞ səfirliyinin bir çox əməkdaşına təsir göstərə bilməyəcəyi və səfirliyin hazırda İraqın paytaxtı Bağdadda məhdud sayda personalının olduğu qeyd edilib.

Rəsmilər, həmçinin Dövlət Departamentinin Bəhreyn və Küveytdəki qeyri-vacib personalın və onların qohumlarının bu ölkələri tərk etməsinə icazə verəcəyini və ABŞ Müdafiə Nazirliyinin Bağdaddan “mümkün təxliyəsi”ni dəstəkləməyə hazır olduğunu bildiriblər.

Seçilən
40
kommersant.az

1Mənbələr