Ötən gecə Rusiya Xarkov şəhərini atəşə tutub.
Bizim.Media xəbər verir ki, şəhərin bir neçə rayonu raket zərbələrinə məruz qalıb. Ümumilikdə 11 raket zərbəsi qeydə alınıb. Şəhər meri bildirib ki, zərbələr əsasən yaşayış məhəllələrinə, təhsil müəssisələrinə, uşaq bağçalarına və infrastruktur obyektlərinə dəyib. Onlarla avtomobil zədələnib, məktəblərin və evlərin pəncərələri qırılıb.
Hadisə nəticəsində 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 4-ü uşaqdır.
Qeyd edək ki, ötən gecə də Rusiya Xarkovu 15 ədəd “Şahed” dronu ilə hücuma məruz qoymuşdu.
Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi bildirib ki, ötən gecə ərzində Ukraynaya məxsus 52 pilotsuz uçuş aparatı (PUA) Rusiya səmasında vurulub:
41-i Belqorod vilayəti üzərində,
6-sı Bryansk vilayəti üzərində,
3-ü Moskva bölgəsində,
2-si isə anneksiya olunmuş Krım üzərində.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta