BAKI, 12 iyun. TELEQRAF
“ABŞ Prezidenti Donald Tramp artıq görür ki, Rusiya tərəfi müharibə mövzusunda tam açıq və dürüst deyil, Moskva sadəcə ona yalan danışır”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
ABŞ Prezidentinin rusiyalı həmkarı Vladimir Putini tərifləməsinə baxmayaraq, Zelenski hesab edir ki, Tramp artıq Kreml rəhbərinin dürüst olmadığını görür.
Trampın ondan narazılığına gəlincə, Ukrayna Prezidenti müharibənin sonunu yaxınlaşdıracağı təqdirdə hər şeyi norma kimi qəbul edəcəyini qeyd edib:
“Tramp öz taktikasını seçib. Mən heç kimi mühakimə etmək istəmirəm. Amma mən öz fikrimdə qalıram: Putin gücdən başqa heç nə başa düşmür. Amerikanın bu gücü var və mən ümid edirəm ki, Amerika bunu görür və anlayır”.
Anti-Rusiya sanksiyalarının effektivliyini şərh edən Zelenski bildirib ki, əsas səhv onların çox ləng tətbiq edilməsidir: “Bu, Putinə özünü toparlamağa imkan verir. Putin hazırda iqtisadiyyatının əziyyət çəkdiyini hiss edir. Amma o, sərt sanksiyalar tətbiq olunana qədər daha çox vaxt qazanmaq istəyir, çünki bir müddət daha dözə bilər”.
Ukrayna lideri Qərb dövlətlərini Rusiyaya qarşı sərt sanksiyaları indi həyata keçirməyə çağırıb.
Zelenski əlavə edib: “İnsanlar oda atdığımız odun deyil. Biz xalqımızla ruslar kimi rəftar etmirik”.