AZ

"Fərhad Bədəlbəyli qohum olsa da dəstəyinə ehtiyacım olmayıb" - "Cənab leytenant"-ın qadın ifaçısı+ÖZƏL

Dillərə dastan olan, tarixdə qalan “Cənab leytenant” mahnısının qadın ifaçısı Nəsibə Bədəlbəyli Moderator.az-ın suallarını cavablandırıb.
 
-Nəsibə xanım, uzun illər hər kəs elə bilirdi ki, "Cənab leytenant" mahnısını Şəmistan Əlizamanlı ilə birlikdə xalq artisti Zümrüd Məmmədova ifa edib. Niyə bunu uzun müddət gizlətmişdiniz?
 
-Zümrüd Məmmədovav və s.mugənnilər əslində ,"Cənab leytenant" mahnısını məndən sonra oxuyub, bunu sizə həm mahnını müəllifi Şahin Musaoğlu, həm də Şəmistan Əlizamanlı deyə bilər. Bəli, səsim tarixiə düşsə də hamı Şəmistan müəllimi tanıyırdı. Həm də onu yazdıranda mənim 20 yaşım var idi.
Klip 1996-cı ildə ilk dəfə "And" verlişində gedib. Sadəcə olaraq soruşan yox idi ki, mən də özüm haqda danışım.
 
-Niyə duetləriniz davamlı olmadı?
 
-Mən ailə həyatı qurdum və sənətdən uzaqlaşdım.
 
-Bildiyim qədərilə məşhur Bədəlbəylilərdənsiniz. Bu nəslin nümayəndələri çox məşhurdurlar..
 
-Bəli mən Bədəlbəyli nəslindənəm, amma həmişə istəyirdim məni adıma görə Nəsibə kimi tanısınlar, soyadıma görə yox. Daha dəqiq desək mən Şəmsi Bədəlbəylinin qardaşı nəvəsiyəm.
 
-Fərhad Bədəlbəylinin dəstəyini görmüsünüz?
 
-Dəstəyi heç vaxt, heç kimnən gözləmirdim və istəmirdim.
 
-Siz gözləmirdiz, heç Fərhad müəllim də etmirdi? 
 
-Bu biraz mənim üçün çətin sualdır....yəqin günah məndə olub ki, istəmirdim. Onu da qeyd etmək istərdim, əgər insanda bir istedad varsa, ona nə qohum, nə tanışlıq lazımdır. Siz özünüz görürsünüz ki, neçə il keçib, son illərdə bildilər ki, bu mahnının ilk ifaçısı kim olub, mənim üçün bu ən böyük nailiyyətdir. Səsimin tarixə düşməyindən böyük uğur nə ola bilər?
 
-Nəsibə xanım, niyə bu gün aktiv efirlərdə, gündəmdə deyilsiz..?
 
-Təbii ki səhnədəyəm, mən hal-hazırda Azərbaycan Akademik Dövlət Xor kapellasında xor artisti kimi çalışıram. Bu yaxınlarda da Şuşaya getmişdik “Xarıbülbül” festivalının açılışında iştirak etdik.
 
-Özünüz estradanı yox, klassikanı seçdiniz? 
 
-Həm klassika, həm də estrada ikisi də mənə yaxın janrlardır, klassik janr mənim işimdir, estrada mənim ruhumdur.
Çünki öz yazdıqlarım mahnılar daha çox estrada janrında bəslənilir, bəslənmə isə ürəkdən, ruhdan yaranır.
 
Seçilən
3
moderator.az

1Mənbələr