AZ

“Ailə büdcəsinə ziyan vurur, 1-ci sinif də, 4-cü sinifdə yığıncaq keçirir”-Ekspertdən İRAD

“Təəssüflər olsun ki, son dövlər ümumiyyətlə 1-ci sinif şagirdləri məktəbə gedərkən, yaxud da ibtidai təhsil pilləsini bitirən 4-cü sinif şagirdləri, eyni zamanda fərqli-fərqli siniflərdə müvafiq sinfin dəyişməsi və yuxarı təhsil pilləsinə keçidlə əlaqədar valideynlərin təşəbbüsü əsasında müəyyən tədbirlər keçirilir. Bu tədbirlərin keçirilməsi sadəcə sosial münasibətlər baxımından, valideynlərarası, şagirdlərarası düzgün əlaqələrin qurulması baxımından hardasa müsbət yanaşıla biləcək məqam kimi dəyərləndirmək olar”
 
Bunu Moderator.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O daha sonra bildirib ki, bu kimi tədbirləri valideynlər daha çox göstəriş üçün təşkil edirlər:
 
“Bu kimi proses bəhsə-bəhs xarakter daşıyır. O cümlədən valideynlərin sanki bir-birinə, yaxud da hansısa sinfin digər bir sinfə daha nüfuzlu olduğunu bir növ göstərmək xarakteri daşıyır. Bu proseslər valideynlərin ailə büdcəsinə kifayət qədər ziyan vurur. Təsəvvürünüzə gətirin ki, hansısa valideynin imkanı yoxdur və onun övladı həmin tədbirdə iştirak edə bilmir. Həmin şagirdin sonra sinif yoldaşları tərəfindən bulinqə məruz qalması kimi halları artır. Ona görə düşünürəm ki, belə tədbirlərin keçirilməsini yığışdırsalar yaxşı olar. Onun əvəzinə hansısa valideyn övladını başqa sosial platformalarda, sosial tədbirlərdə iştirakını təmin etsin. Bu daha məntiqli və vacib ola bilər” deyə ekspert bildirib.
Seçilən
36
moderator.az

1Mənbələr