“Accessbank” dollar depozitləri üzrə faizləri kəskin endirib.
Valyuta.az bu barədə banka istinadən xəbər verir. Bank dollar əmanətləri üzrə faizləri 2,5 faiz bəndinədək azaldıb.
Belə ki, aylıq ödəniş şərtilə 6 aylıq depozit faizləri 3,5%-dən 1%-ə, 12 aylıq üzrə 4%-dən 2%-ə, 18 və 24 aylıq depozitlər üzrə isə 3,5%-dən 2%-ə endirilib.
Gəliri müddətin sonuna ödənilmək şərtilə olan 6 aylıq əmanətlər üzrə faizlər 4%-dən 1,5%-ə, 12 aylıq üzrə 4,5%-dən 2,3%-ə, 18 aylıq üzrə 4%-dən 2,4%-ə, 24 aylıq üzrə isə 4%-dən 2,5%-ə endirilib.
Qeyd edək ki, bank bundan əvvəl may ayında manat depozitlər üzrə faizləri 0,75%-dək azaltmışdı.
Nara