AZ

“Anamın və nənəmin ruhlarını sevindirdim, aktrisa olmağımı istəməsələr də...” - ÖZƏL

“Nənəmi itirəndən sonra bu gün nisbətən yaxşıyam. Hardasa əminəm ki, anamın da, nənəmin də ruhu şaddır. Çünki imtahan nəticələrim bəlli olub və balım istədiyim ixtisasa çatır. Demək olar ki, universitetə qəbul olunmağıma sayılı günlər qalıb. Anamla arzularım haqda danışmaq mənə qismət olmayıb. Amma nənəm bilirdi ki, mən jurnalist olmaq istəyirəm. Deyirdi ki, arxandayam, razıyam, sən bu sahədə uğur tapacaqsan. İmtahanlarımla maraqlanırdı, təəssüf ki, bu xəbəri ona deməyə zaman imkan vermədi”
 
Bunu Moderator.az-a açıqlamasında Xanım Qafarovanın qızı Gövhər Qafarova deyib. O daha sonra əlavə edib:
 
“Jurnalistikanı seçməkdə əsas səbəb mənim incəsənətə, televiziyaya olan marağım olub. Nənəm və xalam aktrisa olmağımı istəmədikləri üçün jurnalistikanı mənə daha uyğun gördülər. Əslində burada mərhum millət vəkili Qənirə xanım Paşayevanın da rolu böyükdür. Çünki məndə jurnalistikaya maraq yaradan onun aldığı müsahibələr olub” deyə o bildirib.
 
Gövhər Qafarova nənəsinin son vəsiyyətindən də danışıb:
 
“Nənəm iki gün can verdi. Birinci gün ancaq yatdı, ikinci gün artıq nəfəsi yavaşlamağa başlayırdı. Amma hardasa ayıq idi. Bütün istədikləri başına yığışmışdı. Məni xalama, onun qızına tapşırdı və dedi ki, Gövhərə bu yaşlarında daha çox diqqət və qayğı göstərin. Həmişə də mənə deyirdi ki, çalış öz ayağın üstündə durmağı bacar” deyə sənətkarın qızı bildirib.
Seçilən
21
moderator.az

1Mənbələr