ain.az, Newscenter.az portalına istinadən məlumat verir.
2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 46 406, XI siniflərini 33 517, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 138 nəfər bitirir.Newscenter.az xəbər verir ki, paytaxtdakı ümumi təhsil müəssisələri üzrə 38 206 nəfər I sinfi başa vurur.Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 513 923 şagird təhsil alır.BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 30 169 müəllim fəaliyyət göstərir.2024-2025-ci tədris ilində paytaxt üzrə 287 ümumi təhsil məktəbində fəaliyyət göstərən 1 048 məktəbəhazırlıq qrupuna 22 781 uşaq cəlb olunub.Qeyd edək ki, BŞTİ-nin tabeliyində 344 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.Ruhiyyə Mehdiyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>