Bakı. Trend:
Haitinin paytaxtı Port-o-Prensin bir neçə rayonunda cinayətkardəstələrə qarşı pilotsuz uçan aparatların iştirakı ilə irimiqyaslıəməliyyat keçirilib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyatnəticəsində mütəşəkkil dəstələrin azı 100 üzvünün həlak olduğu, çoxsayda insanın yaralandığı bildirilir.
Yerli rəsmilər əməliyyat barədə açıqlama verməsələr də,Beynəlxalq İnsan Haqları Federasiyası (RNDDH) əməliyyatın həyatakeçirildiyini təsdiqləyib.
Polisin bir neçə nöqtədə əməliyyatlarını davam etdirdiyi qeydolunur.
Birləşmiş Millətlər Təşkilatının Haiti üzrə nümayəndəliyininməlumatına görə, təkcə bu ilin ilk üç ayında silahlı dəstələrin,özünümüdafiə qruplarının, təhlükəsizlik qüvvələrinin iştirakı iləbaş vermiş zorakılıqlar nəticəsində 1617 nəfər həlak olub, 580nəfər isə yaralanıb.