Mingəçevirdə avtomobil qəzası nəticəsində xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.
"Report"un Qərb bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü İmran Zeynalov göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada ölüb.
Qeyd edək ki, İ.Zeynalov bir neçə gün əvvəl Mingəçevirdə avtomobilin aşaması nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.
Faktla bağlı araşdırma aparılır.