ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olması barədə məlumat əldə ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin “CBS” telekanalı yayıb.
Telekanalın mənbələrinin sözlərinə görə, amerikalı məmurlara İsrailin İrana qarşı hərbi əməliyyata başlamağa tam hazır olduğu barədə məlumat verilib.
ABŞ tərəfinin bu məlumatı məhz haradan əldə etdiyi isə qeyd olunmayıb.
“ABŞ İranın qonşu İraqda yerləşən Amerika obyektlərinə cavab zərbəsi endirə biləcəyini gözləyir. ABŞ Dövlət Departamentinin İraqdakı Səfirliyin əməkdaşlarının bir hissəsinin ölkəni tərk etməsi barədə göstəriş verməsinin səbəblərindən biri də budur”, - deyə məlumatda qeyd olunub.