“The New York Times” qəzetinin İran rəsmisinə istinadən yaydığı məlumata görə, İran hərbi rəhbərliyi İsrailin hava zərbəsinə mümkün cavab tədbirlərini müzakirə edib. Nəşrin məlumatına əsasən, Tehran dərhal cavab vermək üçün yüzlərlə ballistik raketin istifadəsini nəzərdə tutan plan hazırlayıb.
Bizim.Media xəbər verir ki, eyni zamanda CBS News və Bloomberg bildiriblər ki, ABŞ rəsmiləri İsrailin İranda hərbi əməliyyata başlamağa hazır olması barədə məlumatlandırılıblar.
Bu gərgin fon nəticəsində Brent markalı neftin qiyməti ticarət sessiyasının sonunda 1 barel üçün 70 ABŞ dollarını keçib.
Hazırda həm İran, həm də İsrail regionda birbaşa qarşıdurma ehtimalını nəzərə alaraq hərbi hazırlıq vəziyyətindədir. Bu vəziyyət Yaxın Şərqdə sabitliyi ciddi şəkildə təhdid edir və beynəlxalq enerji bazarına da təsir göstərir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta