AZ

Rusiyada mədəndə uçqun: Ölən və yaralanan var

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Yakutiyada filiz mədənində uçqun baş verib. Hadisə vaxtı orada 25 nəfər olub.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti xəbər yayıb.

Bildirilir ki, 286 metr dərinlikdə aparılan təmizləmə işləri zamanı dağ süxurunun çökməsi baş verib.

İndiyə qədər şaxtadan iki nəfər çıxarılıb, lakin onlardan yalnız biri sağ qalıb.

Müxtəlif xəsarətlər alan kişi xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

İkinci şəxs isə hələ dağıntılar altında olarkən həyatını itirib.

Hadisənin bütün təfərrüatını araşdırmaq məqsədilə hadisə yerinə İstintaq Komitəsinin əməliyyat-istintaq qrupu göndərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
2
oxu.az

3Mənbələr