AZ

NBA-da final mərhələsinin üçüncü oyunu keçirilib

Milli Basketbol Assosiasiyasında (NBA) final mərhələsinin daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "İndiana" və "Oklahoma" komandaları üçüncü dəfə üz-üzə gəliblər.

Rəqibini 116:107 hesabı ilə üstələyən "İndiana" final seriyasında önə keçib - 2:1.

Qeyd edək ki, tərəflər arasındakı dördüncü qarşılaşma iyunun 14-də, Bakı vaxtı ilə saat 04:30-da start götürəcək.

Seçilən
29
4
report.az

5Mənbələr