AZ

FHN-in 827 minlik avtomobil alışı baş tutmadı— Tender niyə dayandırıldı?

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsi üçün elan etdiyi minik avtomobillərinin satınalması tenderi ləğv olunub.

AzPost xəbər verir ki, bu barədə məlumat Dövlət Satınalmaları Reyestrinə istinadən açıqlanıb. Bildirilib ki, tenderdə iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunan hallarda müvafiq lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olduğuna görə satınalma proseduru dayandırılıb.

Qeyd edək ki, tender çərçivəsində 13 ədəd xidməti minik avtomobilinin alınması nəzərdə tutulurdu. Satınalmanın ümumi dəyəri isə 827 439 manat təşkil edirdi.

Məlumat üçün bildirək ki, bu, FHN və onun tabeliyindəki qurumlarda son aylar ərzində baş verən yeganə tender ləğvi deyil. Son 5 ayda Nazirliyin müxtəlif idarə və strukturlarında bir neçə tender və satınalma prosesi ya ləğv edilib, ya da birbaşa müqavilələrlə həyata keçirilib.

Məsələn, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Lənkəran rayonunda fərdi yaşayış evlərinin inşası üçün elan etdiyi 183 min manatlıq tender də bu ilin əvvəlində eyni səbəbdən ləğv olunmuşdu. Bundan əlavə, agentlik və digər struktur bölmələr tərəfindən “Palma-Z” MMC ilə dəyəri on minlərlə manat olan bir neçə satınalma müqaviləsi bir mənbədən bağlanıb.

AzPost.az

Seçilən
44
azpost.info

1Mənbələr