AZ

Rauf Məmmədovun komandası Londonda üçüncü yerdə

Londonda rapid üzrə dünya çempionatı start götürüb.

İdman.biz xəbər verir ki, dörd turdan sonra Rauf Məmmədovun çıxış etdiyi “Freedom” komandası üçüncü pillədə qərarlaşıb.

Azərbaycanlı şahmatçının özü startda iki oyun keçirərək qələbə qazanıb. "Freedom"un yeddi xalı var (qələbəyə 2, heç-heçəyə 1 xal).

Şəhriyar Məmmədyarovun çıxış etdiyi "Generation XYZA" beş xal toplayıb və hazırda 18-ci yerdədir. Komanda dörd oyunda iki qələbə qazanıb, bir dəfə heç-heçə edib və bir dəfə uduzub.

İdman.biz

Seçilən
25
3
idman.biz

4Mənbələr