AZ

Manqışlaqda Oğuz irsi üzə çıxarılır

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Aktau şəhərindəki Yesenov Universitetinin Gənclərin Sosial Dəstəyi və İnkişafı Departamentinin Gülmira Yeşmanovanın koordinasiyası ilə Manqışlaq vilayətində “Böyük Türküstanda Oğuzların Mədəni İrsinin İzlərində” adlı mədəni irs layihəsi həyata keçirilib.

Hafta.az-ın yazdığına görə, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Aktau vilayətinin sərhədləri daxilində, Manqışlak vilayətində yerləşən tarixi Oğuz qəbiristanlıqlarında tapılan məzar daşları türk və qazax alimləri tərəfindən ətraflı şəkildə araşdırılıb. TİKA-dan verilən açıqlamada araşdırmanın Qazaxıstanda Oğuz tarixi və mədəniyyətinin maariflənməsinə töhfə verəcək qabaqcıl elmi araşdırma olduğu bildirilib.

Ortaq türk tarixinin maddi mədəni irs elementlərindən olan bu məzar daşları indiyədək sənədləşdirilməmişdi. Bu səbəbdən ilk dəfə həyata keçirilən araşdırma, zamanla itmə ehtimalı olan bu mirasın və mədəni yaddaşın qorunub saxlanmasını təmin edəcək.

Layihə ilə bu əsərlər ilk dəfə elmi çərçivədə qeydə alınıb və türk dünyasının ortaq mədəni irsinin qorunub saxlanması istiqamətində mühüm addım atılıb. Eyni zamanda, layihənin çöl tədqiqatlarını əhatə edən birinci mərhələsi başa çatdıqdan sonra ikinci mərhələdə əldə edilən məlumatlar əsasında albom kitabının hazırlanması və nəşri nəzərdə tutulur.

Seçilən
13
hafta.az

1Mənbələr