AZ

Finlandiya - Polşa matçından sonra xəstəxanaya yerləşdirilən azarkeş xəstəxanada ölüb

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Finlandiya - Polşa matçının (2:1) dayandırılmasına səbəb olan azarkeş xəstəxanada dünyasını dəyişib.

Operativ Media xəbər verir ki, bu barədə Helsinki Şəhər Polis İdarəsinin rəsmi saytı məlumat yayıb.

İyunun 10-da keçirilən qarşılaşma 73-cü dəqiqədə tribunadakı azarkeşlərdən birinin özünü pis hiss etməsi səbəbindən yarımçıq dayandırılıb. Həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib və o, xəstəxanaya yerləşdirilib.

Bu vaxt komandalar paltardəyişmə otaqlarında olublar. Təxminən yarım saat sonra oyun bərpa edilib.

Seçilən
27
operativmedia.az

1Mənbələr