AZ

ABŞ-dan Avropanı şoka salan xəbərdarlıq gəldi: Putin Ukraynada dayanmayacaq

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn iddia edib ki, münaqişə Moskvanın xeyrinə bitərsə, Rusiya prezidenti Vladimir Putin Ukraynada dayanmayacaq.

Publika.az "The Hill"ə istinadən xəbər verir ki, o, bunu ABŞ Konqresində dinləmələr zamanı deyib.

Qeyd edilir ki, bu cür ritorika ABŞ Prezidenti Donald Trampın bu məsələ ilə bağlı mövqeyi ilə “kəskin şəkildə ziddiyyət təşkil edir”.

Qəzet yazır ki, dinləmə zamanı senator Lindsi Qrem general Den Keynə xarici münaqişələrlə bağlı bir sıra suallar verib və Putinin “Ukraynada dayanıb-dayanmayacağını” soruşub. O isə suala "onun dayanacağına inanmıram" cavabını verib.

Seçilən
11
1
publika.az

2Mənbələr