Teylor Svift, son bir il ərzində Los-Ancelesdəki evinə gələn, onunla - uşağının anası ilə münasibətdə olduğunu iddia edən 45 yaşlı kişiyə qarşı həbs qətimkan tədbiri tələb edib. Sənəddə iddia edilən stalkerin Kolorado ştatının Henderson şəhərindən olan Brayan Ceyson Vaqner olduğu göstərilir.
Hafta.az-ın NBC-yə istinadən yazdığına görə, 35 yaşlı müğənni ərizəsində Vaqnerin 2024-cü ilin iyul ayından mütəmadi olaraq evinə gəldiyini iddia edir.
Sviftin təhlükəsizlik komandası hər dəfə Vaqnerlə qarşılaşanda onu dayandırır. "Cənab Vaqnerin müxtəlif açıqlamalar verdiyini, o cümlədən yalandan mənim mülkümdə yaşadığını, hətta mənimlə münasibətdə olduğunu, oğlunun anası olduğunu deyir və mənimlə şəxsən görüşməsi lazım olduğunu bildirir. Bunların heç biri doğru deyil", - Svift yazıb.
Svift ərizəsində açıq şəkildə bildirir ki, o, heç vaxt Vaqnerlə görüşməyib, onunla danışmayıb və ya ünvanını verməyib. O, həmçinin deyir ki, son həftələrdə Vaqnerdən gələn e-poçtlar artıb.
“Buna görə də cənab Vaqnerin mənim yaşayış yerimi müəyyən etməsi, bir neçə dəfə mülkə baş çəkməsi, oradan getməkdən imtina etməsi və içəri girməyə çalışması məni şəxsi həyatım və ailəmin təhlükəsizliyi baxımından qorxuya salır”, - Svift yazıb.
İyunun 30-na həbs qətimkan tədbiri ilə bağlı rəsmi dinləmə təyin edilib, lakin Sviftin özünün, evinin, avtomobilinin və iş yerinin təhlükəsizliyi ilə bağlı Vaqnerə qarşı müvəqqəti həbs qətimkan tədbiri seçilib.
Keçən il Sviftin başqa bir təqibçisi beş gün ərzində üç dəfə müğənninin Nyu-Yorkdakı evinin qarşısında saxlanılmışdı.