"Monako" "Barselona" ilə hücumçu Ansu Fatinin transferi ilə bağlı razılıq əldə edib.
Publika.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Fransa təmsilçisi 22 yaşlı futbolçunu satın alma hüququ ilə bir mövsümlük icarəyə götürəcək. Əgər "Monako" Fati ilə daimi müqavilə imzalasa, "Barselona" onu 28 milyon avroya geri alma hüququna malik olacaq.
2024/25 mövsümündə Fati "Barselona"nın heyətində bütün turnirlər üzrə cəmi 11 oyunda iştirak edib və məhsuldar fəaliyyətlə yadda qalmayıb.