Universitetlərdə təhsilin keyfiyyəti və ümumi idarəetmə əsasən rektorların təcrübə və biliklərindən asılıdır. Onların hansı sahədə təhsil aldıqları və neçə ildir bu vəzifədə çalışdıqları universitetin inkişafına təsir edən əsas amillərdəndir.
Bəs, Azərbaycandafəaliyyətgöstərənuniversitetrektorları kimlərdir? Onlarhansı sahədə təhsilalıb, neçə ildirrəhbərlikedirlər?
AzEdu.az bu suallara cavab tapmaq üçün araşdırma aparmağa davam edir.
Araşdırmamızda bu dəfə Bakı Biznes Universiteti var.
Bu ali təhsil müəssisəsinə İbad Abbasov rəhbərlik edir.
İbad Musa oğlu Abbasov 1953-cü ilde Ağcabədi rayonunda anadan olub. 1970-ci ildə Ağcabədi rayon 1 saylı orta məktəbini bitirmişdir. 1974–1978-ci illərdə D. Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Ümumi iqtisadiyyat" fakültəsində tam ali təhsil almışdır.
1979–1990-cı illərdə Azərbaycan Respublikası Rabitə Nazirliyində baş mütəxəssis, 1990–1992-ci illərdə "İqtisadçı" EİM-nin direktoru, Azərbaycan İcarədarlar və Sahibkarlar İttifaqının vitse-prezidenti vəzifələrində çalışmışdır.
1988-ci ildə Sankt-Peterburqda "Rabitə müəssisələrində nəzarət-təftiş işinin təkmilləşdirilməsi" mövzusunda namizədlik və 2001-ci ildə Kazan şəhərində "Auditdə maliyyə təhlili" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
İbad Abbasov 125-dən çox elmi əsərin, o cümlədən 4 dərslik, 5 monoqrafıya, 5 dərs vəsaiti, 2 metodik vəsaitin, bir çox fənn proqramlarının və elmi məqalələrin müəllifıdir. Onun elmi əsərləri Almaniya, Türkiyə və Rusiya Federasiyasının nüfuzlu elmi jurnallarında dərc edilmişdir. Yüksək ixtisaslı kadrların hazırlanmasında onun əməyi böyükdür. 1999-cu ildən hazırkı dövrə qədər "Audit" jurnalının baş redaktorudur.
İbad Abbasov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərən İxtisaslaşdırılmış Dissertasiya Şurasının sədr müavinidir. O, Azərbaycan Respublikasında Audit elmi məktəbinin yaradıcısıdır, Respublika və beynəlxalq elmi forumlarda məruzə və çıxışlarla iştirak edir. Ölkəmizdə iqtisad elminin inkişafında və iqtisadçı kadrların hazırlanmasındakı xidmətlərinə görə fəxri fərmanlara və mükafatlara layiq görülmüşdür.
1992-ci ildən Bakı Biznes Universitetinin təsisçisi və hal-hazıra qədər həmin universitetin rektorudur.
Evlidir, 2 övladı var.
33 ildir ki, Bakı Biznes Universitetinin rektoru vəzifəsini icra edir.