Çinlilərin yeni sağlamlıq trendi: Boyunlarından asılıb yellənirlər
Ajans.az xəbər verir ki, onlar bu üsulun yuxunu yaxşılaşdırdığını, boyun və onurğa ağrılarını azaltdığını iddia edirlər. Lakin həkimlər bu tendensiyanı narahatedici adlandırırlar. Onların fikrincə: Həmin hərəkətlər onurğa beyninə və boyun fəqərələrinə ciddi zərər vura bilər; Xüsusilə gizli ortopedik problemləri olan şəxslər üçün bu cür manipulyasiyalar risklidir; Belə proseduralar qeyri-peşəkar şəkildə edildikdə, yüksək təhlükə daşıyır.