Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya prezidenti Vladimir Putinə milli bayram - Rusiya Günü münasibətilə təbrik edib.
Operativ Media xəbər verir ki, bu barədə İnterfaks məlumat yayıb.
Tokayev təbrikdə qeyd edib: “Mən iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etməkdən məmnunam".
Qazaxıstan prezidenti Putinə ölkənin rifahı və firavanlığı naminə məsuliyyətli hökumət fəaliyyətində gələcək uğurlar arzulayıb.