AZ

Dünyanın nadir layihəsində işləyən azərbaycanlı

Bakı. Trend:

“Diaspor TV”nin çəkiliş qrupu Ər-Riyad şəhərində yaşayan vəSəudiyyə Ərəbistanının NEOM meqalayihəsində çalışan soydaşımızSevinc Qurbanova ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, o, nəhəng layihənin mahiyyəti haqqındafikirlərini bölüşüb və bu böyük inkişafa qoşulmaqdan qürurduyduğunu ifadə edib. Soydaşımız qeyd edib ki, NEOM layihəsi təkcətexnologiya və infrastruktur cəhətdən deyil, həm də insanlarınhəyat tərzini dəyişmək baxımından mühüm bir yenilikdir.

Sevinc Qurbanova 2 ildir ki, Səudiyyə Ərəbistanı Krallığındayaşayır. 2021-ci ildən NEOM layihəsində mütəxəssis vəzifəsindəçalışır. Bundan öncə Dubayda liman sahəsində çalışan soydaşımızəvvəllər Azərbaycanda neft-qaz sektorunda fəaliyyət göstərib.

NEOM Səudiyyə Ərəbistanının inşa etməyi planlaşdırdığı yüksəktexnologiyalı ağıllı şəhər layihəsidir. "Xəyalpərəstlər şəhəri"adlandırılan NEOM şəhər həyatını yenidən formalaşdırmağı,innovasiya, dayanıqlılıq və texnologiya üçün qlobal bir mərkəzyaratmağı hədəfləyir. NEOM-un ilk hissəsinin 2025-ci ilə qədərtamamlanması və ənənəvi investisiyalardan uzaq, tamamilə ekoloji vəinnovativ enerji mənbələri ilə işləyən şəhər olması nəzərdətutulur. Yeni layihənin sərmayəçilərə 500 milyard dollardan çoxgəlir gətirəcəyi barədə fikirlər səslənir.

Soydaşımızın müsahibəsini aşağıdakı linkə keçid edərək izləyəbilərsiniz:

https://www.youtube.com/watch?v=53_GeT-QqnI

Seçilən
36
4
az.trend.az

5Mənbələr